BMT Tailand və Kambocanı öz qoşunlarını geri çəkməyə çağırıb

BMT Tailand və Kambocanı öz qoşunlarını geri çəkməyə çağırıb
# 18 iyul 2011 17:51 (UTC +04:00)
Bakı-APA. BMT-nin ən yüksək məhkəmə instansiyası olan Beynəlxalq Ədalət Məhkəməsi, Tailand və Kambocanı öz qoşunlarını kxmerlərin qədim məbədi ətrafındakı mübahisəli ərazilərdən geri çəkməyə dair əmr verib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu ilin əvvəlində sərhəd zonasında yerləşən XI əsrə aid Prea Vihear məbəd kompleksi uğrunda iki ölkə arasında baş vermiş mübahisə silahlı münaqişəyə gətirib çıxarıb. Bu səbəbdən minlərlə sakin öz evlərini tərk etməyə məcbur olublar. Baş vermiş silahlı toqquşmada bir neçə nəfər həlak olmuşdu.
1962-ci ildə məhkəmə Prea Vihear məbəd kompleksini Kambocaya aid olduğu barədə qərar çıxarıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR