Nadejda Malıqina Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Arlezianka” baletini tamaşaya qoyacaq

Nadejda Malıqina Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Arlezianka” baletini tamaşaya qoyacaq
# 26 oktyabr 2011 09:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli fransız bəstəkarı Jorj Bizenin “Arlezianka” baleti tamaşaya qoyulacaq. Tamaşanın quruluşunu tanınmış baletmeyster, Rusiyanın əməkdar incəsənət xadimi Nadejda Malıqina həyata keçirəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nadejda Malıqina Rusiyanın ayrı-ayrı şəhərlərinin Opera və Balet teatrlarında və müxtəlif xarici ölkələrdə 50-dən artıq balet tamaşasına quruluş verib. Onun quruluş verdiyi tamaşalar Moskva, San-Fransisko və Romada keçirilən beynəlxalq müsabiqələrdə yüksək mükafatlara layiq görülüb. N.Malıqina “Teatr ilahəsi” müsabiqəsində 3 dəfə “Ən yaxşı quruluşçu baletmeyster” işi üçün təsis edilən mükafatı qazanıb. “Arlezianka” baletinin premyerası dekabrın 24-də baş tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR