«Şahdəniz» layihəsinin II fazası çərçivəsində istimar quyusunun qazılmasına bu ilin sonunda başlanacaq

«Şahdəniz» layihəsinin II fazası çərçivəsində istimar quyusunun qazılmasına bu ilin sonunda başlanacaq
# 17 sentyabr 2010 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafvayev – APA-Economics. Bu ilin sonunda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin milli sektorunda yerləşən «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində istimar quyusunun qazıntısına başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hazırda ikinci faza çərçivəsində «Şahdəniz»də 6№-li kəşfiyyat quyusu qazılır: «Cari ilin dekabr ayında isə biz 6№-li istismar quyusunun qazıntısına başlayacayıq».

Xatırladaq ki, «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində ölkədə illik qaz hasilatının 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR