Ağdamda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Ağdamda iki maşın toqquşub, ölən və xəsarət alanlar var - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 19 sentyabr 2015 12:25 (UTC +04:00)

APA-nın Qarabağ müxbiri xəbər verir ki, 10 NV 125 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobilin qarşı tərəfdən gələn, eyni markalı, 10 VC 957 dövlət nömrə nişanlı maşınla toqquşması nəticəsində birinci maşının sürücüsü Pənahov Faiq İsa oğlu hadisə yerində ölüb.

Digər avtomobilin sürücüsü Cəfərov Ruslan Xasay oğlu, sərnişinləri - 1990-cı il təvəllüdlü Qasımov Əkbər Bəylər oğlu və 1979-cu il təvəllüdlü Həsənov Niyaməddin Elxan oğlu isə xəsarət alıb.

Xəsarət alanlar Ağdam Mərkəzi Rayon Xəstəxanasından (MRX) Bərdə MRX-na köçürülüblər. Onlardan Ə. Qasımovun vəziyyətinin ağır olduğu bildirilir.

***

saat 14.42

Ağdam-APA. Ağdam rayonunun Sarıcalı kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, 10 NV 125 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobil qarşı tərəfdən gələn, eyni markalı, 10 VC 957 dövlət nömrə nişanlı maşınla toqquşub.

10 NV 125 nömrəli maşının sürücüsü hadisə yerində ölüb, digər maşının sürücüsü və iki sərnişini isə xəsarət alıb.

Xəsarət alanlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ölən və xəsarət alanların adı dəqiqləşdirilir.

Yol polisi əməkdaşları hadisə yerində araşdırma aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR