Bakı. Vüsal Nəbiyev - APA-Economics. Hakerlər "Twitter" sosial şəbəkəsinin 33 mln. istifadəçisinin parolunu internetdə dərc edib. "APA-Economics" RBK-ya istinadən xəbər verir ki, böyük ehtimalla, parollar rusiyalı istifadəçilərə məxsusdur.
Zərərçəkmiş 15 istifadəçi "LeakedSource" portalına yayılan xəbəri təsdiqləyib.
"LeakedSource" sındırılmış hesabların axtarış bazası hesab olunur.