® Heydər Əliyev adına Müasir Təhsil Kompleksində sınaq imtahanları keçirilir

<font color=red>® </font>Heydər Əliyev adına Müasir Təhsil Kompleksində sınaq imtahanları keçirilir
# 02 dekabr 2015 07:00 (UTC +04:00)

29 noyabr 2015-ci il tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində ali məktəblərə qəbul imtahanlarına hazırlıq məqsədilə Azərbaycan bölməsinin şagirdləri üçün növbəti sınaq imtahanı keçirildi. İmtahanda Kompleksin şagirdləri ilə yanaşı, Bakının müxtəlif məktəb və liseylərinin yuxarı sinif şagirdləri də iştirak etdilər.


Kompleksin orta məktəbində şagirdlərin ali məktəblərə hazırlığına böyük diqqət yetirilr, bu dərslər respublikanın ən qabaqcıl müəllimləri tərəfindən tədris edilir. Bu səbəbdən məzunlar daim yüksək nəticələrlə ən nüfuzlu ali məktəblərə qəbul olunurlar.

Bu sahədə işlər uğurla davam etdirilir. Növbəti sınaq imtahanı 27.12.2015-ci il tarixində keçiriləcəkdir.

Yuxarı sinif şagirdlərindən başqa II,III,IV və V sinif şagirdləri də uyğun siniflər üzrə 19.12.2015-ci il tarixində keçiriləcək sınaq imtahanlarında öz bilik və bacarıqlarını yoxlaya bilərlər. Sınaq imtahanlarında iştirak etmək istəyənlər www.mtk.edu.az saytında qeydiyyatdan keçə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR