Türkiyədə hərbi zonada çəkiliş aparan 4 Rusiya vətəndaşı saxlanılaraq deportasiya edilib

Türkiyədə hərbi zonada çəkiliş aparan 4 Rusiya vətəndaşı saxlanılaraq deportasiya edilib
# 10 dekabr 2015 13:12 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayəti ərazisində çəkiliş aparan 4 Rusiya vətəndaşı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

APA-nın “ahaber.com”a istinadən verdiyi məlumata görə, hərbi zona sayılan ərazidə çəkiliş aparan şəxslər jurnalist olduqlarını bildirsələr də, onların üzərində bunu təsdiqləyən sənədlər olmayıb. Nəticədə lazımi prosedurlar həyata keçirildikdən sonra Rusiya vətəndaşları Türkiyədən deportasiya edilib.

Xatırladaq ki, dekabrın 7-də Hatay ərazisində Rusiyanın "Rossiya 1" telekanalının çəkiliş qrupu saxlanılıb və ölkədən qovulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR