Kənan Yavuz: “2016-2018-ci illərdə dünya bazarında neftin qiyməti 80-100 dollar civarında olacaq”

Kənan Yavuz: “2016-2018-ci illərdə dünya bazarında neftin qiyməti 80-100 dollar civarında olacaq”
# 04 noyabr 2015 11:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2016-2018-ci illərdə dünya bazarında neftin qiyməti 80-100 dollar civarında olacaq.

APA-Economics”in məlumatına görə, bunu “SOCAR Türkiyə Enerji A.Ş”-nın rəhbəri Kənan Yavuz bildirib.

Neft məhsullarının istehlakında azalmanın qeydə alınmadığını deyən K. Yavuz qiymətlərin aşağı düşməsini siyasi amillərlə əlaqələndirib: “İndi müzakirə olunan məsələ Çində iqtisadi artımım gözlənilən səviyyədə, yəni 8-9% ətrafında deyil, 6-7% ətrafında olmasıdır. Yəni, iqtisadi artım davam edir. Neft məhsullarının istehlakı da artmaqdadır. Burada ABŞ-ın enerji siyasətinə nəzər yetirmək lazımdır. ABŞ dünyanın ən böyük enerji istehlakçısıdır, eyni zamanda enerji asılılığı olmayan bir dövlətdir. Başqa sözlə, ABŞ-ın enerji siyasəti, yəni enerjidə, neftdə, təbii qazda ixracatçı olmaq, idxalatçı olmaq və yaxud “o” mövqeyində qalmaqla bağlı qərarları dünya bazarında neftin qiymətinə təsir edir. Burada Ukrayna böhranı, Rusiyanın mövqeyi kimi məsələlər neftin qiymətinin təzyiq altında olmasına gətirib çıxardığını düşünürəm. 2016-2018- ci ildə neftin qiymətinin yenidən 80-100 dollar olacağını düşünürəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR