Milli Məclisdə Azərbaycanda dini təhsilin ödənişsiz olması təklif edilib

Milli Məclisdə Azərbaycanda dini təhsilin ödənişsiz olması təklif edilib
# 04 dekabr 2015 11:26 (UTC +04:00)

Bakı Ramiz Mikayıloğlu - APA. Millət vəkili Zahid Oruc Bakı İslam Universitetində dini təhsilin pulsuz həyata keçirilməsini təklif edib.


APA-nın məlumatına görə, Z. Oruc deyib ki, hazırda xarici ölkələrdə dini təhsil alan gənclər də sosial şəbəkələrdə müzakirələr zamanı dini təhsilin Bakı İslam Universitetində ödənişli olması səbəbindən xaricdə pulsuz dini təhsil aldıqlarını bildiriblər.

Z. Oruc qeyd edib ki, Azərbaycanda da xarici ölkələrdəki kimi dini təhsil pulsuz olmalıdır. Millət vəkili hazırda xaricdə 3 minə qədər gəncin dini təhsil aldığını və onların hüquqları məsələsinin müzakirə olunmasını vacib sayıb.

Millət vəkili müxtəlif şəxslərin yas mərasimlərini idarə etdiyini xatırladıb: “Dini mərasimlərin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilən axundlar tərəfndən idarə edilməli olduğu qanunda əksini tapıb. Yas mərasimləri bura daxildirmi? Bu məsələyə də aydınlıq gətirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR