Bakıda və Xaçmazda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər ölüb

Bakıda və Xaçmazda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər ölüb
# 25 aprel 2016 11:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda və Xaçmazda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 18-də Sabunçu rayonunun Ə.Məmmədəliyev küçəsində Astara rayon sakini Ramin Məmmədov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Nicat Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş N.Məmmədov aprelin 24-də orada ölüb.

Aprelin 19-da isə Xaçmaz rayonunun Atatürk küçəsində şəhər sakini C.Qurbanov idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan mopedi yolun kənarındakı ağaca vurub. Xəstəxanaya yerləşdirilmiş C.Qurbanov aprelin 24-də orada ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR