Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Bakı şəhəri Yasamal rayon icra Hakimiyyətinin apellyasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, Murad Məmmədov adlı şəxs icra hakimiyyəti tərəfindən verilən sərəncamın ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati – iqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib.
Həmin qərarla razılaşmayan icra hakimiyyəti isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.