Türkiyədə PKK terrorçularının törətdiyi partlayış nəticəsində 5 hərbçi həlak olub, üçü yaralanıb

Türkiyədə PKK terrorçularının törətdiyi partlayış nəticəsində 5 hərbçi həlak olub, üçü yaralanıb
# 24 may 2016 19:33 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Van əyalətinin Çaldıran rayonunda PKK terrorçularının törətdiyi partlayış nəticəsində 5 hərbçi həlak olub, üçü yaralanıb. APA-nn “Hurriyet”-ə istinadən verdiyi xəbərə görə, yol kənarına quraşdırılan kustar üsulla hazırlanmış partlayıcı qurğu hərbi maşın keçən an işə salınıb.

İnsidentin baş verdiyi ərazidə hazırda Hərbi-Hava Qüvvələrinin dəstəyi ilə terrorçuların müəyyən olunaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR