Arktikada gələn il buz qalmayacağı proqnozlaşdırılır

Arktikada gələn il buz qalmayacağı proqnozlaşdırılır
# 05 iyun 2016 13:40 (UTC +04:00)

Bakı-APA. Arktika təxminən yüz min ildən sonra bu il, yaxud gələn il buzlaqlardan azad ola bilər.

APA-nın “The Independent” qəzetinə istinadən verdiyi məlumata görə, bu, Kembric Universitetinin professoru Piter Uodxemsin apardığı təhqiqatda əksini tapıb.

Qar və Buzlaq üzrə ABŞ Milli Mərkəzinin təqdim etdiyi peyk çəkilişləri göstərib ki, 1 iyun 20916-cı il tarixə Arktikada dəniz buzlaqlarının sahəsi 11,1 mln. kv. km azalıb. Bu, son 13 ildə müşahidə olunan orta göstəricidən 1,5 mln kv. km-dən azdır. P. Uodxems qeyd edib ki, bu göstəricilər Arktikada bu ilin sentyabrında Arktikanın buzdan tamamilə azad ola biləcəyini göstərir: “Hətta bu il Arktikada buz tamamilə yox olmasa da, bu il Arktikada buz rekord səviyyədə az olacaq. Bu il olmasa da, gələn il Arktikada buz qalmayacaq. Arktikanın mərkəzi və Şimal qütbü buzdan azad olacaq. Buzlaqların böyük hissəsi Kanadanın şimal sahillərində yerləşən adalarda qalacaq. Buzlaqların əriməsi isə Yer kürəsində temperatur 0,6 dərəcə yüksələcək. Bu da qorxuludur”.

Bəzi alimlər isə P. Uodxemsin proqnozuna skeptik yanaşırlar. Məsələn, Ratter Universitetinin professoru Cennifer Frensis hesab edir ki, Arktikada buzlaqlar 2030-2050-ci illərdən tez əriməyəcək. Bununla belə, o da buzlaqların sürətlə əriməsini təhlükəli sayır və sentyabrda Arktikada buzlaqların əriməsi ilə bağlı yeni rekord qeydə alınacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR