Ombudsmanın əməkdaşları Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər

Ombudsmanın əməkdaşları Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər
# 10 fevral 2016 09:20 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı saxlama şəraiti, qidalanma, ərzaq təminatı araşdırılıb, bu məqsədlə müəssisənin ərzaq anbarı və yeməkxanasına baxış keçirilib.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən müəssisə daxilində çoxsaylı saxlanılan şəxs fərdi qaydada qəbul edilib, bir sıra şəxslər isə öz xahişləri ilə təkbətək dinlənilib, habelə bəzi müraciətlər yerində təmin edilib.

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, saxlanılma şəraiti ilə bağlı qaldırdıqları bir sıra məsələlər yerində araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul edilib.

Yekunda istintaq təcridxanasının rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, İstintaq təcridxanalarının daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR