Mikayıl Cabbarov: "Azərbaycanın beynəlxalq səviyyəli təhsil alan mütəxəssislərinin sayı kəskin artıb"

Mikayıl Cabbarov: "Azərbaycanın beynəlxalq səviyyəli təhsil alan mütəxəssislərinin sayı kəskin artıb"
# 18 mart 2016 10:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son illər ərzində Azərbaycanın beynəlxalq səviyyədə rəqabətli və keyfiyyətli təhsil alan mütəxəssislərinin sayı kəskin şəkildə artıb.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Diplomatiya Akademiyasında “Yerli və beynəlxalq təhsil təcrübələrinin yaxınlaşması” mövzusunda keçirilən Təhsil siyasəti və tədqiqat forumunda çıxışı zamanı deyib. O bildirib ki, yalnız “Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3500-dən çox tələbə xaricdə təhsil alıb, minlərlə tələbə isə müxtəlif digər proqramlar, öz hesabları, digər xarici dövlətləri tərəfindən təqdim edilən təqaüdlər hesabına təhsil alıb: “Bu gün qarşıda duran vəzifələrin həllində bu potensialdan yaralanmalıyıq. Aparıcı təcrübənin bizim kontekstə uyğunlaşdırılması və tədqiqində keyfiyyətli təhsil alan gənclərin rolu əvəzolunmazdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR