Dövlət Xidməti Bərdədə heyvanlar arasında dabaq xəstəliyinin yayılmasına münasibət bildirib

Dövlət Xidməti Bərdədə heyvanlar arasında dabaq xəstəliyinin yayılmasına münasibət bildirib
# 27 iyun 2016 14:46 (UTC +04:00)

Bakı - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarliq Nəzarəti Xidməti Bərdə rayonunun Hacılar və Böyük Göyüşlü kəndlərində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yaylması və heyvanlar arasında tələfatın olması barədə yayılan məlumata münasibət bildirib.

Dövlət Xidmətinin mətbuat katibi Yolçu Xanvəli APA-ya bildirib ki, 2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılmış və hal-hazırda epizootik vəziyyət sabitdir:

"Yayılmış məlumatla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Bərdə rayonuna ezam olunub, kəndlərdə araşdırmalar aparıb, heyvanlara baxış keçirib, təsərrüfatlarda dabaq xəstəliyi ilə xəstələnmiş və xəstəliyə şübhəli heyvanlar aşkar olunmayıb. Araşdırmalar zamanı KİV-lərdə adları çəkilən kənd sakinlərinin özlərinin iştirakı ilə həyətlərindəki heyvanlara da baxış kreçirilib, heyvan sahiblərindən izahatlar alınıb, təsərrüfatlarda dabaq xəstəliyi ilə xəstələnmiş və xəstəliyə şübhəli heyvanlar aşkar olunmayıb. Həmçinin araşdırmalar zamanı kəndlər heyvanlar arasında ölüm halının olmadığı da müəyyən olunub".


Xatırladırıq ki, respublikada olduğu kimi, Bərdə rayonunun Hacılar və Böyük Göyüşlü kəndlərində də heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə, eləcə də Dövlət Xidmətinin "qaynar xətt"inə (tel: 012-562-76-13) müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkimlərinin iştirakı və nəzarəti altında aparılsın.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR