Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının tərkibi təsdiqlənib

Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının tərkibi təsdiqlənib
# 20 oktyabr 2015 14:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının tərkibini təsdiq edib.

APA-nın məlumatına görə, qərara əsasən Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri kənd təsərrüfatı naziri Heydər Əsədov, Kollegiyanın üzvləri kənd təsərrüfatı nazirinin müavinləri İlham Quliyev, Seyfəddin Talıbov və Elşad Əliyev, Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri İlham Bayramov, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, nazirliyin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Ağakişi Alıyev, nazirliyin maliyyə və mühasibat uçotu şöbəsinin müdiri Mikayıl Nuriyev, nazirliyin hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri Xudayət Həsənli, nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, nazirliyin heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyev təsdiqləniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR