Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
# 05 noyabr 2015 19:35 (UTC +04:00)

Bakı-APA. Noyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, əvvəlcə Komissiyanın 2015-ci il 2 noyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Ərizəçilərin və digər maraqlı şəxslərin də iştirakı ilə MSK üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR