Naxçıvanda ÜDM istehsalı 6% artıb

Naxçıvanda ÜDM istehsalı 6% artıb
# 21 sentyabr 2015 07:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 mlrd. 525 mln. 381 min manatlıq ümumi daxili məhsul istehsal olunub.

APA-Economics”in Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 5,9% çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 6,6% artaraq 3458,1 manata çatıb.

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 665 mln. 706 min manat həcmində məhsul istehsal edilib ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 3,3% üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR