Bakıda "Daewoo" yolda qazılan kanala düşüb, sürücü xəsarət alıb

Bakıda "Daewoo" yolda qazılan kanala düşüb, sürücü xəsarət alıb
# 29 iyun 2016 04:33 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Suraxanı rayonunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Hövsan yolunda qeydə alınıb. Hövsan istiqamətində "Daewoo" markalı avtomobili ilə hərəkətdə olan 28 yaşlı Elvin Məmmədov yolda qazılan kanala düşüb. Elvin Məmmədov qəzaya uğrayan avtomobildən özü çıxa bilib. Hadisə nəticəsində sürücü xəsarətlər alıb. Hadisə şahidlərinin sözlərinə görə, təmir aparılan yolda kanalın qazılması barədə xəbərdaredici nişan olmayıb.

Hadisə yerinə cəlb edilən ağır texnika vasitəsi ilə avtomobil kanaldan çıxarılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR