Ödəmə terminalından oğurluq etmiş 19 yaşlı oğlan tutulub

Ödəmə terminalından oğurluq etmiş 19 yaşlı oğlan tutulub
# 29 sentyabr 2015 08:30 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində bu il iyulun 20-nə keçən gecə Bakı şəhər sakini Bəhruz Hümbətova məxsus, Neapol küçəsində yerləşən mağazadakı “E-manat” MMC-yə məxsus ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1996-cı il təvəllüdlü Elgün Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR