Samur-Abşeron kanalında batan şəxslərdən birinin cəsədi tapılıb

Samur-Abşeron kanalında batan şəxslərdən birinin cəsədi tapılıb
# 03 avqust 2016 13:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Samur-Abşeron kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 1956-cı il təvəllüdlü Quliyev Piri Hacıalsan oğlunun cəsədini batdığı yerdən 25 km aralıda sudan çıxarıb. Cəsəd aidiyyəti üzrə təhvil verilib.

***

12:11

Bakı. Fərid Mirzəyev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samur-Abşeron kanalının Şabran rayon, Ağbaş kəndi ərazisindən keçən hissəsində 1 nəfərin, 1 nəfərin isə Sumqayıt şəhər, H. Z. Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub. APA-nın FHN-nın saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları hadisə yerinə cəlb olunub. Vətəndaşların axtarışına başlanılıb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR