DSMF sədri Ağcabədidə 5 rayonun sakinləri üçün qəbul keçirəcək

DSMF sədri Ağcabədidə 5 rayonun sakinləri üçün qəbul keçirəcək
# 12 noyabr 2015 07:54 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Ağcabədi, Beyləqan, Bərdə, Zərdab, Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Fondunun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, qəbul 19 noyabr, saat 11:00-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyənlər fondun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Ağcabədi rayon şöbəsində (02122) 5-50-54

Beyləqan rayon şöbəsində (02122) 5-29-63

Bərdə rayon şöbəsində (02020) 5-71-11

Zərdab rayon şöbəsində (02029) 6-45-59

Qəbulda iştirak edəcək vətəndaşların noyabrın 19-da fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR