“Prof. Rövşən Mustafayev” adına medal və sertifikatın təqdimat mərasimi keçirilib

“Prof. Rövşən Mustafayev” adına medal və sertifikatın təqdimat mərasimi keçirilib
# 24 dekabr 2015 10:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Professor Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş “Prof. Rövşən Mustafayev” adına medal və sertifikatın təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bildirib ki, mərhum R. Mustafayev erməniliyin iç üzünü açan bir sıra sanballı kitabların müəllifi olub. O deyib ki, “Prof. Rövşən Mustafayev” adına medal və sertifikat ildə bir dəfə təqdim edilir: “Mükafatın verilməsi üçün əsas şərtlərdən biri erməni məsələsi üzrə elmi tədqiqatların aparılmasıdır”.

“Prof. Rövşən Mustafayev” adına medal və sertifikat bu il İnsan Hüquqları İnstitutunun tədqiqatçı alimləri Abbas İslamov və Rizvan Hüseynova təqdim olunub.

Tədbirdə qeyd olunub ki, A. İslamovun 2015-ci ildə çap olunan “Фальшивая история хайев Моисея Хоренского” və R. Hüseynovun “Азербайджан и армянский вопрос нa Кавказе” kitabları Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə düzgün çatdırılmasına, habelə Ermənistanın terrorizmi və etnik separatizmi dəstəkləyən dövlət olduğunu əsaslı faktlarla sübuta yetirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR