Nazir Yavər Camalov Fransa nümayəndə heyəti ilə görüşüb

Nazir Yavər Camalov Fransa nümayəndə heyəti ilə görüşüb
# 11 dekabr 2015 09:23 (UTC +04:00)

Bakı-APA. Dekabrın 11-də müdafiə sənayesi naziri Yavər Camalov Fransanın “Thales Group” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Roje Deksin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın Müdafiə Sənayesi Nazirliyinin saytına istinadən xəbərinə görə, Y. Camalov Azərbaycanla Fransa arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb və Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verib.

Görüşdə nazirliklə “Thales Group” şirkəti arasında əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş müzakirələr aparılıb.

Görüşdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR