Aİ-nin diplomatiya rəhbərinin nümayəndəsi Azərbaycandakı seçkilərdən danışıb

Aİ-nin diplomatiya rəhbərinin nümayəndəsi Azərbaycandakı seçkilərdən danışıb
# 02 noyabr 2015 20:34 (UTC +04:00)

Bakı-APA. “Avropa İttifaqı Azərbaycan parlamentinin yeni tərkibi ilə əməkdaşlığın başlanmasını gözləyir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Federika Moqerinin nümayəndəsinin kommunikesində bildirilir.

Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkilərini şərh edən rəsmi nümayəndə AŞPA müşahidə missiyasının seçki prosesini müşahidə etdiyini qeyd edib.

Moqerininin nümayəndəsi bildirib ki, Aİ beynəlxalq standartlara cavab verən seçkiləri dəstəkləyir: “Dünənki səsvermədə isə heç bir əhəmiyyətli müxalifət partiyası iştirak etməyib. Onlar ölkədə bütün namizədlər üçün vahid qaydaların olmadığına əsaslanaraq seçkilərdə iştirakdan imtina ediblər”.

“Buna baxmayaraq, Aİ bütün vətəndaşların rifahı naminə ölkə parlamentinin yeni tərkibi də daxil olmaqla, Azərbaycan institutları ilə əməkdaşlığın davam etdirilməsini gözləyir”, deyə Aİ diplomatiya rəhbəri Federika Moqerinin nümayəndəsi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR