Azərbaycan Aİ ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etmək üzərində işləyir

Azərbaycan Aİ ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etmək üzərində işləyir
# 04 may 2016 14:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan Avropa İttifaqı (Aİ) ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etmək üzərində işləyir". Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bunu nazir Elmar Məmmədyarov Vışeqrad və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.


E. Məmmədyarov qeyd edib ki, Azərbaycanın çoxtərəfli əməkdaşlığa töhfəsi trans-regional neft və qaz infrastruktur layihələri ilə məhdudlaşmır: "Bu ilin sonlarına qədər təhvil verilməsi gözlənilən Bakı-Tiflis-Qars dəmiryolu layihəsi bərpa edilən qədim İpək Yolunun ayrılmaz komponenti kimi qəbul edilir. Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam reallığa çevrilməsi sözügedən dəmiryolunu regionun ən vacib infrastrukturları sırasına qoşacaq. Bu artıq Aİ ilə nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük mərkəz rolunu oynayır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR