İtaliya səfiri: "Azərbaycanla ticarət dövriyyəsinin ilin ikinci yarısında artacağını gözləyirik"

İtaliya səfiri: "Azərbaycanla ticarət dövriyyəsinin ilin ikinci yarısında artacağını gözləyirik"
# 30 avqust 2016 09:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu il İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsində azalma müşahidə olunur.

APA-nın məlumatına görə, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Campaoli Kutilo bildirib.

Səfir deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin ilk altı ayında ticarət dövriyyəsində 50 faiz azalma qeydə alınıb: "Ümumi iqtisadi durum və neftin qiyməti ilə əlaqədar bu azalma əvvəlcədən proqnozlaşdırılırdı. İlin ikinci yarısında vəziyyətin bərpa olunacağını, dövriyyənin artacağını gözləyirik. Lakin İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır".

Səfir TAP layihəsinin icrası barədə danışaraq bildirib ki, Yunanıstan və Albaniyadan sonra bu ilin mayında İtaliyada da müəyyən işlərə başlanılıb, tezliklə sahildə və dənizdə işlərin sürətlə davam etməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR