Azərbaycanda istifadəyə verilən yaşayış evlərinin sahəsi 9% azalıb

Azərbaycanda istifadəyə verilən yaşayış evlərinin sahəsi 9% azalıb
# 19 oktyabr 2015 08:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-sent aylarında Azərbaycanda ümumi sahəsi 1 327,4 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin 9 ayı ilə müqayisədə bu ilin eyni dövründə istifadəyə verilən yaşayış evlərinin sahəsi 131,9 min kvadratmetr və ya 9,04% azalıb.

Komitənin sosial-iqtisadi inkişaf bülleteninə nəzər salanda məlum olur ki, ilin əvvəli ilə müqayisədə bu sahədə artım qeydə alınıb. Belə ki, əgər yanvarda 121 160, fevralda 141 713, martda 151 663, apreldə 174 993, mayda 134 249, iyunda 146 596, iyulda 168 835 kvadratmetr, avqustda 130 314 kvadratmetr yaşayış sahəsi istifadəyə verilibsə, sentyabrda bu göstərici 157 878 kvadratmetrə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR