Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynamağı davam etdirəcək”

Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynamağı davam etdirəcək”
# 09 noyabr 2015 17:19 (UTC +04:00)

Bakı-APA. Rusiya XİN rəhbəri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tərəflər arasında qarşılıqlı faydalı konsensus əsaslara nail olmaq üçün səylərin davam etdirilməsinin zəruriliyini qeyd edib. APA-nın “NEWS.am”a istinadən verdiyi xəbər görə, bunu Sergey Lavrov bu gün erməni həmkarı Edvard Nalbandyan ilə İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib.

Lavrov qeyd edib ki, Rusiya ATƏT Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət nəticənin əldə olunması üçün fəal rol oynamağı davam etdirəcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR