Azərbaycan prezidenti: “Enerji əməkdaşlığı məsələsi hər hansı siyasi formatdan azad olmalıdır”

Azərbaycan prezidenti: “Enerji əməkdaşlığı məsələsi hər hansı siyasi formatdan azad olmalıdır”
# 29 fevral 2016 11:27 (UTC +04:00)

Bakı - APA. “Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək ”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclasında deyib.

Dövlət başçısı bildirib ki, enerji siyasəti bu gün dünyanın təhlükəsizliyində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur: “Azərbaycan bütün öhdəliklərinə sadiqdir. Ölkəmiz hər zaman bazar iqtisadiyyatı prinsiplərini inkişaf etdirir. Bir məqamı da vurğulamaq istəyirəm. Enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır”.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan layihə üzvləri arasında güclü əməkdaşlıq qurub və bu əməkdaşlıq iqtisadiyyatın digər sahələrində də uğurlu əməkdaşlığa imkan yaradacaq: “Enerji əməkdaşlığı Avropa İttifaqı ilə əlaqələrində mühüm rol oynayır. Cənub Qaz Dəhlizinin icrası zamanı yubanmalara yol verilməməsi vacibdir. Maneələri dəf etmək üçün bütün hökumətlər səylərini birləşdirməlidir”.

Dövlət başçısı qeyd edib ki, TANAP layihəsinin icrası fəal mərhələdədir. O, TAP layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib: “Cənub Qaz Dəhlizi 21-ci əsrin tarixi layihəsidir. Layihənin reallaşmasına töhfə verən ölkələrin hökumətlərinə minnətdarlıq edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR