Türkiyədə 10 PKK terrorçusu məhv edilib

Türkiyədə 10 PKK terrorçusu məhv edilib
# 28 avqust 2016 15:07 (UTC +04:00)

Bakı-APA. Türkiyədə antiterror əməliyyatları davam edir.

APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin İraqla sərhədində yerləşən Hakkari rayonunun Şəmdinli qəsəbəsinin Derecik bölgəsində PKK terrorçuları əsgərlərə atəş açıblar.

Açılan atəş nəticəsində 1 əsgər yaralanıb. Aparılan əməliyyat nəticəsində 10 PKK terrorçusu məhv edilib. Hakkari valisi Cüneyit Orhan Toprak çoxlu sayda hərbi birliklərin cəlb edildiyini əməliyyatın davam etdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR