Balakən sakininin 19 yaşlı qız tərəfindən bıçaqlandığı məlum olub

Balakən sakininin 19 yaşlı qız tərəfindən bıçaqlandığı məlum olub
# 11 mart 2016 11:03 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə 23 yaşlı oğlanı bıçaqlayan şəxsin kimliyi açıqlanıb.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Eyvaz oğlu Mustafayevin rayonun Qullar kənd sakini 19 yaşlı Xədicə Nəsib qızı Qarayeva tərəfindən bıçaqlandığı məlum olub. X. Qarayeva şübhəli şəxs qismində saxlanılıb və hadisəni törətdiyini etiraf edib. Aparılan ilkin istintaq zamanı məlum olub ki, Vüsal Mustafayev gecə saatlarında Xədicə Qarayevanın yaşadığı evə girib və onun atası Nəsib Qarayev ilə istintaqa məlum olmayan səbəbdən dava edib. Bunu görən Xədicə Qarayeva atasına kömək etmək məqsədi ilə Vüsal Mustafayevi bıçaqlayıb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR