Dolların rəsmi məzənnəsi 1,6 manatı ötüb

Dolların rəsmi məzənnəsi 1,6 manatı ötüb
# 18 yanvar 2016 14:33 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 19-a olan ABŞ dollarının manata qarşı məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, yanvarın 19-a USD/AZN rəsmi məzənnəsi 1,6028 səviyyəsində müəyyən olunub.

Beləliklə, dolların manata qarşı rəsmi məzənnəsi 1% və ya 0,0158 manat artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR