Diyarbəkirdə əməliyyat zamanı 280 PKK silahlısı öldürülüb

Diyarbəkirdə əməliyyat zamanı 280 PKK silahlısı öldürülüb
# 10 mart 2016 23:38 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda üç ay davam edən antiterror əməliyyatı başa çatıb. Əməliyyat zamanı 279 PKK silahlısı məhv edilib. APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilir.

“Surda antiterror əməliyyatı başa çatıb. Əməliyyat zamanı 279 PKK silahlısı məhv edilib, 206 barrikada yığışdırılıb, 365 partlayıcı qurğu zərərsizləşdirilib, 509 ədəd silah, 48 mindən çox patron, 10 radiostansiya və 3,47 kq partlayıcı maddə götürülüb”, - deyə məlumatda bildirib.

Əməliyyatın başa çatmasına baxmayaraq, PKK üzvlərinə qarşı reydlər, barrikadaların yığışdırılması davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR