Bakının iki rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının iki rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
# 24 may 2016 18:22 (UTC +04:00)

Bakı. Agşin Rafiqoğlu - APA-Economics. Mayın 25-də Bakının Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-Economics-ə verilən xəbərə görə, aşkar olunmuş qaz sızmalarının ləğv olunması, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması ilə əlaqədar 25 may 2016-cı il tarixdə saat 09.00-dan işlər yekunlaşanadək Sabunçu və Xəzər rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR