Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub
# 01 dekabr 2015 08:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 30-na keçən gecə, naməlum şəxs Gəncə prospektində Anar Zamanova məxsus «Toyota-Prado» markalı avtomobildən, şüşəni sındırmaqla saxlanc yerindən 270 manat və sənədlər oğurlayıb. A.Zamanov həmin şəxsi görüb tutmaq istəyərkən «Lada-Priora» markalı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb. Qeyd olunan tarixdə Sadıqcan küçəsində Zaməddin Sadıqova məxsus «Mercedes» markalı avtomobildən, şüşəni sındırmaqla saxlanc yerindən sənədlər və H.Aslanov küçəsində Fazil Məmmədova məxsus «Toyota Land-Cruser» markalı avtomobildən, şüşəni sındırmaqla qızıl-zinət əşyaları, 2 ədəd mobil telefon oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti, Xətai rayon Cinayət Axtarış Şöbəsi, 35, 36 və 37-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Adil Cəlilov olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR