Ərəb koalisiyası İranın Yəməndəki səfirliyinə hücum ittihamlarını təkzib edib

Ərəb koalisiyası İranın Yəməndəki səfirliyinə hücum ittihamlarını təkzib edib
# 08 yanvar 2016 03:54 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası İranın Yəməndəki səfirliyinə hücum olunduğu barədə ittihamları təkzib edib.

“Aparılmış araşdırma bu məlumatların yalan olduğunu və səfirliyin yerləşdiyi rayonda hər-hansı əməliyyatın keçirilmədiyini müəyyən edib”, deyə koalisiyanın məlumatında bildirilir.

Qeyd edək ki, ötən gün İran hökuməti Səudiyyə Ərəbistanını Yəmənin paytaxtı Sana şəhərindəki İran səfirliyinin binasını bombalamaqda ittiham edib.

İRİB-in məlumatına görə, Səudiyyə aviasiyasının zərbələri nəticəsində İran səfirliyinin mühafizə xidmətinin bir neçə əməkdaşı yaralanıb. “Səudiyyə Ərəbistanı səfirlik binasına vurulan zərərə və bir neçə əməkdaşın xəsarət almasına görə məsuliyyət daşıyır”, - deyə İran XİN-in rəsmi nümayəndəsi Hüseyn Baber Ənsari bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR