Gəncədə 28 yaşlı oğlan bıçaqlanıb

Gəncədə 28 yaşlı oğlan bıçaqlanıb
# 10 sentyabr 2016 03:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə 28 yaşlı oğlan bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1988-ci il təvəllüdlü Həzrətəli Mirzəyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə H. Mirzəyev bir neçə saat öncə bıçaqlanaraq xəstəxanaya yerləşdirilən, 1999-cu il təvəllüdlü Asiman Səfərovla eyni yaralanıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR