Bakıda ABŞ təhsil sərgisi keçirilir

Bakıda ABŞ təhsil sərgisi keçirilir
# 30 aprel 2016 11:16 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə Bakıda “EducationUSA Alumni Fair” sərgisi təşkil olunub.


APA-nın xəbərinə görə, sərgidə 20-dən çox ABŞ universitetləri və təqaüd proqramları təmsil edilib. ABŞ-ın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət məsələləri üzrə müşaviri Emi Piterson bildirib ki, əsas məqsəd ABŞ universitetləri barədə məlumat verməkdir: “Lakin bu, adi məlumatlandırma deyil. Burada həmin təhsil ocaqlarının məzunları öz universitetləri barədə məlumat verirlər. Məncə, bu, universitetlər haqqında öyrənmək üçün ən yaxşı metoddur. Çünki belə olan halda, universitetlər barədə rəsmi məlumat deyil, həm də insanların şəxsi təcrübələrini öyrənmək şansları olur. EducationUSA hər il belə sərgilər hazırlayır. ABŞ-dakı universitetləri Azərbaycana dəvət edirlər. Bu kimi sərgilər həm payızda, həm də yazda keçirilir”.

E. Piterson qeyd edib ki, ABŞ universitetlərində təhsil almaq üçün TOEFL, GRE kimi imtahanlarla yanaşı, tələbələrin esse bacarıqları və məktəbdənkənar könüllü fəaliyyətləri kimi faktorlar də əsas yer tutur: “Çünki universitetlər təkcə yaxşı oxuyan şagirdlər istəmirlər, həm də fəal şagirdlər istəyirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR