Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 2 əsgər şəhid olub, 9-u yaralanıb

Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 2 əsgər şəhid olub, 9-u yaralanıb
# 21 dekabr 2015 21:56 (UTC +04:00)

Bakı-APA. Kürd Fəhlə Partiyasının (PKK) terrorçularının hücumları nəticəsində Türkiyədə 2 əsgər ölüb, 9-u yaralanıb.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Bitlisdə əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Diyarbəkir vilayətinin Sur rayonunda hücum zamanı yaralanan əsgər isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR