DİN: Şəki sakini qohumu tərəfindən öldürülüb

DİN: Şəki sakini qohumu tərəfindən öldürülüb
# 25 yanvar 2017 08:50 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Şəkidə törədilən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 24-də Şəki şəhərində yaşayan Seymur Süleymanov evində münaqişə zəminində qohumu, əvvəllər məhkum olunmuş Mehman Əsgərova bıçaqla xəsarət yetirib və M.Əsgərov hadisə yerində ölüb.

Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Süleymanov tutulub.

Qeyd edək ki, məlum qətl hadisəsi ilə bağlı APA ötən gün məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR