Fevralda Azərbaycanın bank sektorunun aktivləri 1,2% artıb

Fevralda Azərbaycanın bank sektorunun aktivləri 1,2% artıb
# 05 aprel 2018 08:43 (UTC +04:00)

28 fevral 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,5 mlrd. manat, cəmi öhdəlikləri isə 24,6 mlrd. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, sektorun balans kapitalı 3,9 mlrd. manat, əhalinin əmanətləri isə 7,7 mlrd. manat olub.

2018-ci ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1,2% (329 mln. manat), öhdəlikləri 1% (246 mln. manat), kapitalı isə 2,2% (83 mln. manat) artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,444 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,331 nəfər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR