MTRŞ sədri: “Cəmiyyət telekanallardan yüksək səviyyəli verilişlər tələb edir”

MTRŞ sədri: “Cəmiyyət telekanallardan yüksək səviyyəli verilişlər tələb edir”
# 25 noyabr 2014 09:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bir zaman telekanallarla bağlı həyəcan təbili çalırdıq, biz onun qarşısını ala bildik. Bundan sonrakı mərhələdə keyfiyyətli verilişlərin sayını artırmaq lazımdır”.

APA-nın məlumatına görə, bunu bu gün Elektron Mediaya Yardım Fondunun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurası (MTRŞ) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Xarici və Rusiya telekanallarında reklamların qiymətinin Azərbaycan telekanalları ilə müqayisədə dəfələrlə çox olmasına diqqət çəkən MTRŞ sədri deyib ki, cəmiyyət telekanallardan yüksək səviyyəli verilişlər tələb edir, ancaq telekanallar reklamlarla dolanır, verilişləri hazırlayanlar reklamlardan gələn gəlirlərdən əmək haqqı alırlar: “Biz bu məqamı nəzərə almalıyıq. Yeri gəlmişkən, kimi danışdırırsan, deyir ki, xarici telekanala baxırıq. Amma biz öz telekanallarımıza da baxmalıyıq. Məsələn, Azərbaycanda italyan mağazaları da var, ancaq biz təkcə o mağazaya yox, yerli mağazaya da daxil oluruq. Telekanallara da münasibətimiz belə olmalıdır. Çalışacağıq ki, MTRŞ olaraq telekanallarda müəyyən nöqsanları səlahiyyətlərimiz səviyyəsində aradan qaldıraq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR