ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu müddət ərzində 393 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 488 nəfər minaaxtaran mütəxəssis və 112 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb olunub.
İndiyədək cəmi 305.765.807 kv.m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,694-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Yevlax, Sumqayıt, Ağdam, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Goranboy, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.