Tovuzda yol qəzasına düşən şəxs infarktdan ölüb

Tovuzda yol qəzasına düşən şəxs infarktdan ölüb
# 19 oktyabr 2015 11:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 18-də Tovuz rayonunun Düz-Qırıqlı kəndində Şəmkir rayon sakini Oqtay Hacıyevin idarə etdiyi “VAZ-21063” markalı və Bakı şəhər sakini Fərhad Bədəlovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. O.Hacıyev hadisə yerində infarktdan ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR