Lavrov və Kerri Suriya ilə bağlı müzakirə aparıb

Lavrov və Kerri Suriya ilə bağlı müzakirə aparıb
# 29 may 2016 18:04 (UTC +04:00)

Bakı-APA. Bu gün ABŞ tərəfinin təşəbbüsü ilə Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, S. Lavrov və C. Kerri Suriyada vəziyyəti müzakirə ediblər.

S. Lavrov yenə də Suriya-Türkiyə sərhədinin bağlanmasının zəruri olduğunu, həmin yerlərdən terrorçuların sızdığını iddia edib. Tərəflər Suriya ilə bağlı səylərini gücləndirmək barədə razılığa gəliblər.

Danışıqlar zamanı Ukrayna problemi və ikitərəfli münasibətlərə dair digər məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR