Bakı-Sumqayıt yolunda avtomobil qəzaya uğrayıb

Bakı-Sumqayıt yolunda avtomobil qəzaya uğrayıb
# 15 oktyabr 2015 15:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı-Sumqayıt magistral avtomobil yolunun Abşeron rayonu ərazisində “Mercedes” markalı minik avtomobili qəzaya uğrayıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR