Pentaqon “Taliban” liderinin məhv edildiyini ehtimal edir

Pentaqon “Taliban” liderinin məhv edildiyini ehtimal edir
# 22 may 2016 01:41 (UTC +04:00)

Bakı-APA. “Taliban” terror təşkilatının lideri Molla Əhtər Mənsur ABŞ hərbçilərinin endirdiyi hava hücumunun hədəfi olub. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, əməliyyat Əfqanıstanın Pakistanla həmsərhəd ucqar bölgəsində keçirilib. Bu barədə Pentaqonun açıqlamasında bildrilir.

Pentaqon nümayəndəsi bildirib ki, pilotsuz təyyarələrin zərbələri nəticəsində Mənsurun məhv edildiyi ehtimal olunur.

Məmur qeyd edib ki, ABŞ prezidenti Barak Obama əməliyyat barədə məlumatlıdır və şəxsən hava zərbəsinin endirilməsinə razılıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR