Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri açıqlanıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri açıqlanıb
# 11 iyul 2016 16:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 9%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 19,4% azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,8% artıb.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,5%, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 0,8% və 0,1% azalıb.

Ay ərzində bitkiçilik məhsullarından lobya, kələm, xiyar, badımcan, pomidor, kartof, alça və gilasın istehsalçı qiymətlərində ucuzlaşma, çiyələyin istehsalçı qiymətində isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti ucuzlaşmış, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR